Maltada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, U-21 yerli vaxtla saat 18:00-da “Hibernians” stadionunda Malta yığması ilə qarşılaşıb.
Tərəflər 90 dəqiqə ərzində qapıya yol tapa bilmədiyindən, heç-heçə qeydə alınıb.
Yoxlama oyunu
16 noyabr
Malta – Azərbaycan – 0:0
Paola. “Hibernians” stadionu.
