Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, yığmamız Macarıstanla üz-üzə gəlib.
Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçirib.
(affa.az)
