17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Bosniya və Herseqovina komandası ilə qarşılaşan futbolçularımız məğlub olub – 0:3.
Yığmamız turnirdə növbəti oyununu aprelin 27-də Monteneqro komandasına qarşı keçirəcək.
