Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB – Federasiyalar Kubokunda növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci matçına çıxıb. Baş məşqçi Nikolay adamın yetirmələri Berlin bölgəsinin komandası ilə qarşılaşıb. Yığmamız 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ilk matçda "Saarland" klubuyla görüşən millimiz 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdi.
affa.az
