Azərbaycan qadın otüstü hokkey yığması London-2012-yə lisenziya qazana bilməyib. Korner.az-ın məlumatına görə, yığmamız Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının Təsnifat Turnirinin final matçında meydan sahiblərinə uduzub – 1:5
Qeyd edək ki, yaponlar qrup mərhələsində də millimizə 4:1 hesabı ilə qalib gəlmişdilər.
Yaponiya – Azərbaycan – 5:1