Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamız III yer uğrunda qarşılaşmada Litva komandası ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, qrup mərhələsində Gürcüstan yığmasına 2:1, Braziliyanın “Botafoqo” klubuna isə 2:0 hesabı ilə qalib gələn futbolçularımız İran komandasına 0:2 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutub.