Ötən gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.
Korner.az-ın məlumatına görə, yığmamız Fransanın Baye şəhərindəki Anri Jann stadionunda İngiltərə komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:0 hesabı ilə ingiltərəli futbolçuların xeyrinə başa çatıb.
Qeyd edək ki, millimiz ilk oyunda Fransaya 0:2 hesabı ilə uduzmuşdu.
