Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, “Balkan Fənərbağça” klubu ilə qarşılaşan yığmamız 9:0 hesablı qələbə qazanıb.
Növbəti qarşılaşmada rəqib Xorvatiyanın “RNK Split” komandası olub. Xorvatiya təmsilçisi qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub.
(affa.az)
