Yığmamız Estoniyaya qalib gəldi
25.03.2022 , 20:57

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində Estoniya yığması ilə qarşılaşıb.
Korner.az xəbər verir ki, Sumqayıtda keçirilən oyunada yığma 3:0 hesabı ilə qalib gəlib .
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edib.
Avropa çempionatı, seçmə mərhələ
25 mart
19.00 Azərbaycan (U-21) – Estoniya (U-21) – 3:0
Baş hakim: Devid Munro
Yan xətt hakimləri: Şon Karr və Duqlas Potter Dördüncü hakim: Qrant İrvin (hamısı Şotlandiya)
Sumqayıt şəhər stadionu
