Tennis

Yığmamız “Çexiya Open” turnirində

07.02.2017 , 15:02

2017-ci il 08-12 fevral tarixlərində Çexiyanın Xodonin şəhərində yeniyetmələr arasında “Çexiya Open” çempionatı keçiriləcəkdir.

Korner.az-ın məlumatına görə, bu haqda goal.az saytı xəbər yayıb.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan bu çempionatda idmançılarımız oğlan və qızlar arasında komanda, şəxsi və qoşa yarışlarda mübarizə aparacaqlar. 36 ölkədən 301 idmançının qatıldığı çempionata komandamızın 4 nəfər üzvü məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında yollanıblar.

Son yazılar

Yuxarı