19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim məşq toplanışı keçirəcək.
Korner.az-ın məlumatına görə, bu toplanış Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə martın 14-dən 22-dək Almaniyanın Heusenstamm şəhərində baş tutacaq.
Hazırlıq dövründə yığmamızın 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
(affa.az)
