Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 17 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, artıq hər iki komandamızın oyunlarının keçiriləcəyi ölkələr və qarşılaşmaların vaxtı müəyyənləşib. U-17-nin oyunları (10-cu qrup: Rusiya, İslandiya, Slovakiya, Azərbaycan) 2013-cü il sentyabrın 21-dən 26-dək Rusiyada, U-19-un qarşılaşmaları isə (3-cü qrup: İrlandiya, Bosniya və Herseqovina, Azərbaycan, İsveç) 2013-cü il oktyabrın 10-dan 15-dək İsveçdə keçiriləcək.
