Yığmadan qələbə
23.08.2023 , 21:54

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı keçirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, I Liqa təmsilçisi MOİK-lə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb. U-19-un qollarını İbrahim İbrahimli və Uğur Səfərov vurub.
Yığmamız növbəti oyununu sabah “İmişli” komandasına qarşı keçirəcək.
