Yığmadan heç-heçə
08.06.2022 , 13:36

Bakıda təlim-məşq toplanışını başa vuran Azərbaycan U-20 millii hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, komandamız Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanla qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşmada millimiz 3:2 hesabı ilə qalib gəlmişdi.
