Yığmadan heç-heçə
27.05.2022 , 19:59

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib.
Bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.
