Yığma yoldaşlıq görüşündə heç-heçə etdi
30.11.2021 , 20:12

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Korner.az xəbər verir ki, BƏƏ-nin U-16 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində Elton Mikayılov fərqlənib.
Bu komandalar arasında növbəti oyun dekabrın 2-də keçiriləcək.
