Yığma Yaponiyada hazırlaşır
20.04.2023 , 17:17

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının üzvlərinin Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində hazırlıq prosesi davam edir.
Korner.az xəbər verir ki, cüdoçularımız aprelin 5-dən 12-dək Şukutoku Universitetində, 13-dən 15-dək Yaponiya Qadın Bədən Tərbiyəsi Kollecində, 16-dan isə Yokohama Toin Universitetində təlim düşərgəsində iştirak ediblər.
Aprelin 22-nə qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli yığma komandasının 6 üzvü qatılıb. Təlim-məşq toplanışında Südabə Ağayeva, Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Könül Əliyeva, Fidan Əlizadə və Leyla Əliyeva iştirak edirlər. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qatarın paytaxtı Dohada baş tutacaq böyüklər arasında Dünya çempionatına və digər iri miqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
