Yığma Türkiyə ilə qarşılaşacaq
03.09.2023 , 14:43
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.
Korner.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını aşağıdakı kimidir:
Ayxan Abbaszadə (“Turan Tovuz”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (“Qəbələ”), Ayxan Əlizadə, Əhməd Tarverdiyev, Rəşad Alışov, Əkbər Məhərrəmov, Tuncay Əhmədov, İslam İsmayılzadə, Əmir Əliyev, Babamirzə Mehdiyev, Anar Hüseynov, Emin Feyzullayev, Ümid Səlimov(“Sabah”), Məsud Əlişanlı (EFA), Məhəmməd İmaməliyev, Röyal Fərzullazadə (“Neftçi”), Vüsal Paşayev, Nadir Orucov (“Sumqayıt”), Həsən Nəzərli (“Ankaragücü” Türkiyə), Hikmət Cəbrayılzadə, Amid Qasımov (“Qarabağ”)