Yığma “Turan Tovuz”a məğlub oldu
27.03.2021 , 18:48

Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, birinci divizion təmsilçisi “Turan Tovuz”la qarşılaşan millimiz 0:2 hesabı ilə məğlub olub.
