Yığma “Sabah”la heç-heçə etdi
24.09.2022 , 11:03

Bakıda təlim-məşq toplanışı keçirən U-16 yığmamız yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, milli “Sabah”ın U-17 komandası ilə üz-üzə gəlib.
Görüş 2:2 hesabı ilə nəticələnib.
Yığmamızın qollarını 55-ci dəqiqədə Ömər Kərimov və 74-cü dəqiqədə penaltidən Anar Hüseynov vurub.
