Yığma “Səbail”lə heç-heçə etdi
30.10.2020 , 20:05

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivədə növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, yığma “Səbail”in 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə başa çatıb. U-17-nin heyətində Ege Bilsel fərqlənib.
