Yığma Qazaxıstana da məğlub oldu
19.11.2019 , 18:50

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Korner.az xəbər verir ki, yığmamız Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmamızın məğlubiyyəti ilə bitib – 0:2.
Xatırladaq ki, Azərbaycan millisi ilkin seçmə mərhələnin əvvəlki oyunlarında Yunanıstana 1:6, Almaniyaya isə 0:2 hesabıyla məğlub olub.
AÇ-nin ilkin seçmə mərhələsi
9-cu qrup
19 noyabr
Azərbaycan – Qazaxıstan 0:2
Baş hakim: Denis Şurman (Ukrana).
Patra. Pampeloponnisiako stadionu.
