Azərbaycan milli komandası DÇ-2018-in rəsmi oyunu üçün bugün Çexiyaya yola düşəcək.
Korner.az-ın məlumatına görə, dünən Norveçlə qarşılaşan komandamız səfər öncəsində bərpa məşqi keçəcək. Günün ikinci yarısında millinin üzvləri çarter reysi ilə Çexiyaya gedəcək.
Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.
