Yığma komanda məğlub oldu
30.08.2022 , 19:27

Korner.az xəbər verir ki, İtaliyanın Katanya şəhərində keçirilmiş Ukrayna – Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurub.
Digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, millimizin növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı məlum olacaq.
