Yığma İsveçə qarşı
20.11.2022 , 12:41

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 yığmamız bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv isveçli həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma 19:00-da başlayacaq.
Xatırladaq ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.
