Yığma “İmişli”yə məğlub oldu
24.08.2023 , 14:46

Bakıda seleksiya xarakterli təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, I Liqa təmsilçisi “İmişli” klubu ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-19-un heyətində Yaqub Yusubov və İbrahim İbrahimli fərqlənib.
Milli ilk oyunda MOİK klubu ilə 2:2 hesablı heç-heçə etmişdi.
