Yığma iki yoxlama oyunu keçirəcək
04.06.2021 , 16:22

İyunun 4-dən 9-dək Gürcüstanın paytaxtı Tbilisidə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 5-də və 8-də gürcüstanlı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək.
