Yığma iki yoldaşlıq oyunu keçirəcək
09.10.2023 , 12:25
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olacaq.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində iki yoldaşlıq oyunu keçirəcək.
U-19 oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.