Yığma “Hellerup” ilə heç-heçə etdi
10.02.2020 , 19:34

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, yığmamız Danimarkanın “Hellerup” klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.
