Yığma Gürcüstana məğlub oldu
05.06.2021 , 22:51

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün ilk yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, gürcüstanlı həmyaşıdları ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.
U-17-nin qolunu 87-ci dəqiqədə penaltidən Sənan Ağalarov vurub. Bu komandalar arasında növbəti oyun iyunun 8-də keçiriləcək.
