Yevgeni Koçuk: “Yeməkləri həyat yoldaşım hazırlayır”
13.04.2020 , 21:02

“Sabah”ın moldovalı futbolçusu Yevgeni Koçuk Moldova mətbuatına açıqlama verib.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi xüsusi karantin günlərində məşğuliyyətlərindən danışıb:
“Açığı, nadir hallarda yemək hazırlayıram. Bu, həftədə cəmi 1 və ya 2 dəfə olur. Yeməkləri adətən həyat yoldaşım hazırlayır. Ona görə də mənim nə isə hazırlamağıma ehtiyac qalmır. Bu kimi işlərlə xanımım məşğul olur. Boş vaxtlarda məşqçilərin və futbolçuların həyatından bəhs edən avtobioqrafik kitablar oxumağı xoşlayıram. Bu müddətdə Ser Aleks Ferqyusonun və Ceymi Vardinin avtobioqrafiyasını oxumuşam”.
