Futbol

Yerimizdə saydıq, Qazaxıstan irəliləyir

16.08.2019 , 10:36

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Korner.az-ın məlumatına görə, səfərdə İsrailin “Bney Yehuda” klubuna 1:2 hesabı ilə uduzan “Neftçi” Azərbaycana xal qazandırmayıb.

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. 25-ci yerin sahibi Qazaxıstan “Astana”nın qələbəsindən sonra xallarını 18,500-ə çatdırıb.

Bu mövsüm “Neftçi” 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasında mübarizəni başa vurub.

“Qarabağ”ın qazancı isə 1 xaldır. Ağdam klubu Avropa Kuboklarında Azərbaycanı təmsil edən yeganə klubdur. Komanda Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.

Son yazılar

Yuxarı