Türkiyənin ən reytinqli televiziya kanallarından olan və II Qəbələ Kubokunu işıqlandıran kütləvi informasiya vasitələri arasında yer alan “NTV Spor” “Yensen de, yenilsen de” verilişinin növbəti sayını turnirə və “Qəbələ” İdman Klubuna həsr edib.
Korner.az-ın məlumatına görə, yüksək reytinqə malik verilişin qonaqları “Qəbələ” İdman Klubunun prezidentinin müşaviri, əfsanəvi futbolçu Toni Adams, “Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaş, Hollandiya futbolunun tanınmış simalarından olan və “Feyenoord”un U-15 komandasına rəhbərlik edən Roy Makaay, “Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brard, “Beşiktaş”ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktar və “Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı olub.
Tanınmış aparıcılar Bağış Erten və Banu Yelkovanın verilişində həmçinin “Qəbələ”, Feyenoord”, “Beşiktaş” və “Şaxtyor”u təmsil edən futbolçular da iştirak ediblər. Qonaqlar proqramda keçmiş karyeraları, Qəbələdə futbolun inkişaf tempi, infrastruktur, aşağı yaş qruplarının fəaliyyəti və Qəbələ Kuboku haqda danışıblar.
Veriliş bu gün – iyunun 1-i efirə gedəcək.