Bu gün Çempionlar Liqasında IV tura start veriləcək
İkinci dövrənin startı bəzi komandalar üçün həlledici ola bilər.
Belə ki, iki gün davam edəcək turun bir neçə komandanın 1/8 finalda yerini təmin etməsi, bir neçəsinin isə şanslarını itirməsi ilə nəticələnməsi mümkündü.
A qrupunda “Mançester Yunayted” və “Bazel” minimum vəzifənin öhdəsindən gələ bilər. Hər iki komanda 1/8 finala vəsiqəni qazanmaq üçün həm özü uğur qazanmalı, həm də liderlik uğrundakı rəqibinin xal əldə etməsini arzulamalıdı. B və D qruplarında da eyni vəziyyət hökm sürür. PSJ və “Bavariya” bir, “Barselona” ilə “Yuventus” digər qrupdan 1/8 finala yüksəlmək imkanına malikdi.
Azərbaycan çempionu “Qarabağ”ın çıxış etdiyi C qrupunda isə yalnız bir komanda buna nail ola bilər. Özü də “Çelsi”nin mərhələ keçməsi digər oyundan deyil, özündən asıldı. Qələbə londonluları 1/8 finala daşıyacaq. Bu isə o deməkdi ki, sabah 7 komandanın qrupdan çıxması rəsmiləşməsi mümkündü.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
31 oktyabr
Apasport.az
