Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq
Keçirilən 2 görüşlə yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.
“Real” öz meydanında “Yuventus”u qəbul edəcək. İlk matçda səfərdə rəqib qapısından 3 cavabsız top keçirən “Real”ın mərhələ adlayacağı böyük ölçüdə həll olunub.
Elə ikinci oyunda da meydan sahiblərinin işi asandır. Münhendəki qarşılaşmada “Bavariya”nı hətta 0:1 hesablı yenilgi qane edir.
Qeyd edək ki, dünən “Roma” və “Liverpul” adını yarımfinala yazdırıb.
UEFA Çempionlar Liqası
1/4 final, ccavab oyunları
11 aprel
22:45.”Real” – “Yuventus”
İlk oyun – 3:0
Baş hakim: Maykl Oliver (İngiltərə)
22:45. “Bavariya” – “Sevilya”
İlk oyun – 2:1
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
10 aprel
“Roma” – “Barselona” – 3:0
İlk oyun – 1:4
