“Keşlə” “Zirə”yə, “Sabah” “Sumqayıt”a qalib gəlir
21.10.2018 , 20:20

Bu gün Topaz Premyer Liqasında VIII tura yekun vurulacaq. Turun ikinci günündə iki qarşılaşma keçiriləcək. Hər iki matçda turnir cədvəlində “qonşu” olan komandalar görüşəcək.
Öncə eyni xala malik komandaların dueli baş tutacaq. “Sumqayıt” ev matçında “Sabah”ı qəbul edəcək. Görüş “Bayıl Arena”da baş tutacaq.
Tura autsayderlərin görüşü ilə yekun vurulacaq. İlk qələbəsini ötən tur qazanan “Zirə” “Keşlə”nin qonağı olacaq. Qələbəyə həsrət qalan sonuncular uğursuz seriyanı öz meydanında qırmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, dünən start götürən turun ilk günündə “Qəbələ” “Neftçi”ni 3:1, “Qarabağ” “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Lakin adı protokolda olmayan futbolçunun xidmətindən yararlanan Ağdam klubuna texniki məğlubiyyət veriləcək.
Topaz Premyer Liqası
VIII tur
21 oktyabr (bazar)
17:00. “Sumqayıt” – “Sabah” 0:1
Qol: Bosançiç 36
“Bayıl Arena”. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov
19:00. “Keşlə” – “Zirə” 1:0
“ASK Arena”. Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
