“Neftçi” – “Zirə” oyununda bərabərlik, “Səbail” qalib gəldi
10.11.2018 , 21:35

Bu gün Topaz Premyer Liqasında X tura start veriləcək. Turun ilk günündə iki qarşılaşma baş tutacaq.
Öncə meydana Premyer Liqanın ən gənc komandaları çıxacaq. Söhbət elitaya yüksələn sonuncu iki komanda – “Sabah” və “Səbail” üz-üzə gələcək.
“Gənclər” üçüncülük mübarizəsi aparacaq. “Səbail” mövqeyini qorumaq üçün səfərdən 1 xalla dönə bilərsə, meydan sahibləri rəqibini keçmək üçün qalib gəlməlidi. Lakin qonaqlar ən azı bir günlük 2-ci yeri ələ keçirmək üçün 3 xal əldə etməlidi.
Günə liderlə autsayderin oyunu ilə yekun vurulacaq. “Neftçi” izləyiciləri ilə xal fərqini azaltmamaq üçün “Zirə”ni itkisiz keçməlidi.
Qonaqlar isə son sıranı tərk etmək üçün meydana çıxacaq. Qələbə “Zirə”nin ən azı bir günlük zirzəmidən qurtulması üçün yetərli olacaq.
Qeyd edək ki, tura sabah baş tutacaq “Qəbələ” – “Qarabağ” və “Sumqayıt” – “Keşlə” matçları ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
XI tur
10 noyabr (şənbə)
17:30. “Sabah” – “Səbail” 0:4 (İkinci hissə)
Qol: Ruslan Qurbanov, 2; Kevin Kubemba, 27, Yevgeni Koçuk, 57, Yevgeni Koçuk, 77
Əlincə Arena. Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
19:30. “Neftçi” – “Zirə” 2-2
Qollar: Baqali Dabo, 36, Mirabdulla Abbasov, 80 – Tellur Mütəllimov, 77, Vüsal İsgəndərli, 83
Bakcell Arena. Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Knyaz Əmiraslanov, Xəlil Xəlilov
1 | Neftçi | 10 | 8 | 1 | 1 | 20-7 | 25 |
2 | Qarabağ | 10 | 6 | 2 | 2 | 17-11 | 20 |
3 | Səbail | 10 | 5 | 2 | 3 | 12-11 | 17 |
4 | Sabah | 10 | 5 | 1 | 4 | 9-11 | 16 |
5 | Qəbələ | 10 | 3 | 3 | 4 | 14-14 | 12 |
6 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 10-13 | 11 |
7 | Keşlə | 10 | 1 | 3 | 6 | 8-14 | 6 |
8 | Zirə | 10 | 1 | 2 | 7 | 7-16 | 5 |
Bombardirlər: Baqali Dabo (Neftçi), Marko Deviç (Sabah) – 5.
