“Səbail” “Zirə” ilə xalları yarı böldü
15.09.2018 , 22:20

Topaz Premyer Liqasında dördüncü turun oyunları davam edir.
İkinci oyun günündə də cəmi 1 qarşılaşma keçiriləcək. “Səbail” öz meydanında “Zirə” ilə qarşılaşacaq. Bu, Samir Abasovun “Zirə”nin baş məşqçisi kimi debüt matçı olacaq.
Qeyd edək ki, turun digər son iki oyunu sabah keçiriləcək.
Topaz Premyer Liqası
IV tur
15 sentyabr (şənbə)
20:30. “Səbail” – “Zirə” 1:1
Qollar: Pərdis-Fərcad Azad, 68-pen (0:1), Rahid Əmirquliyev, 84 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
“Bayıl Arena”
16 sentyabr (bazar)
19:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
“Əlincə Arena”
21:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
“Bakcell Arena”
14 sentyabr (cümə)
“Qarabağ” – “Sumqayıt” – 1:0
Qol: Ozobiç, 21-pen
