“Real” “Ayaks”a qalib gəldi, “Borussiya” “Tottenhem”ə uduzdu
14.02.2019 , 02:30

Çempionlar Liqasında 1/8 final mərhələsinin görüşləri davam edir. İkinci oyun günündə da 2 qarşılaşma keçiriləcək.
Turnirin son qalibi “Real” 1/8 finala səfər matçı ilə start verəcək. “Kral klubu” Amsterdamda “Ayaks”ın qonağı olacaq.
Gecənin ikinci oyununda isə “Tottenhem” doğma azarkeşləri önündə Dortmund “Borussiya”sını qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinə dünən start verilib.
Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
13 fevral
00:00. “Ayaks” (Hollandiya) – “Real” (İspaniya) – 1:2
00:00. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 3:0
