Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada 20 komanda iştirak edəcək. Çempionlar yolunda mübarizə aparan Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.
Tarixində ilk dəfə ÇL-in pley-offunda çıxış edəcək Qurban Qurbanovun komandası bu mərhələdə “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.
Çempionlar Liqası, pley-off mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
APOEL (Kipr)
“Maribor” (Slovaniya)
Səpələnməmişlər
“Qarabağ” (Azərbaycan)
“Astana” (Qazaxıstan)
“Riyeka” (Xorvatiya)
“Hapoel” (Beyer-Şeva, İsrail)
“Slaviya” (Çexiya)
Liqa yolu
Səpələnmişlər
“Sevilya” (İspaniya)
“Napoli” (İtaliya)
“Liverpul” (İngiltərə)
MOİK (Rusiya)
“Sportinq” (Portuqaliya)
Səpələnməmişlər
“Styaua” (Rumıniya)
“Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa)
“Hoffenhaym” (Almaniya)
“Başakşəhər” (Türkiyə)
Qeyd edək ki, bu mərhələnin oyunları isə avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.
