“Qarabağ” növbəti mərhələdə!
18.07.2018 , 21:17

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq. Təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkəcək.
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edir. Lakin ümid edək ki, komandamız yeni mövsümdə doğma azarkeşləri önündə keçirəcəyi ilk matçında da qələbə qazanmağı bacaracaq.
Qeyd edək ki, bu cütün qalibini ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə mübarizə gözləyir.
UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu
18 iyul
21:00. “Qarabağ” – “Olimpiya” – 0:0
Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
