“Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə, “Neftçi” və “Qəbələ”dən xal itkisi
09.12.2018 , 21:41

Bu gün Topaz Premyer Liqada birinci dövrəyə yekun vurulub.
İlin son turununun bütün görüşləri eyni gündə keçirilib.
Günün ilk matçında çempionatın debütantı “Sabah” öz meydanın autsayder “Keşlə”ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə” – “Qarabağ” matçında isə Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibinə 6 cavabsız qolla qalib gəlib. Bununla da, Qurban Qurbanovun komandası lider “Neftçi” ilə xal fərqini azaldıb.
“Qəbələ” səfərdə “Səbail”in qonağıdır. “Neftçi” isə “Sumqayıt”ı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, bugünkü oyunlardan sonra Topaz Premyer Liqada iki aylıq qış fasiləsi yaranıb.
9 dekabr (bazar)
Topaz Premyer Liqası, 14-cü tur
19:30. “Neftçi” – “Sumqayıt” – 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov
17:30. “Səbail” – “Qəbələ” – 0:0
Qırmızı vərəqə: Rauf Əliyev, 86 (“Qəbələ”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov
“Bayıl Arena”
16:00. “Sabah” – “Keşlə” – 1:2
Qol: Sərtan Taşkın, 34 (0:1), Denis Silva, 65 (0:2), Elşən Abdullayev, 80 (1:2)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov
“Əlincə Arena”
17:00. “Zirə” – “Qarabağ” – 0:6
Qol: Dani Kintana, 29, 34, Mahir Mədətov, 42, Dani Kintana, 56, Miçel, 82, İlkin Qırtımov, 90+1-avtoqol.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
“Dalğa Arena”
