Ölkə futbolu

“Qarabağ” qələbə qazandı, liderliyə yüksəldi

13.04.2019 , 20:18

Bu gün Topaz Premyer Liqasında 24-cü tura start veriləcək.

 

İlk oyun günündə iki matç keçiriləcək.

 

İlk olaraq “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Hazırda 22 xalla 6-cı pillədə qərarlaşan “Zirə” “Sumqayıt”ı 2, sonuncu yerdəki “Keşlə”ni isə 3 xal qabaqlayır.

 

Digər matçda  “Neftçi” ilə 51 xalla liderliyi bölüşən “Qarabağ” doğma meydanda debütant “Sabah”la qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk 3 dövrədə cəmi 1 dəfə rəqibindən üstün olub. Digar duellərdə heç-heçə qeydə alınıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

Topaz Premyer Liqası

24-cü tur

13 aprel (şənbə)

 

“Zirə” – “Sumqayıt” – 2:0

Qol: 33′ Xulio Sezar Rodriqes (1-0), 90′ İlkin Qırtımov (2-0)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Zirə İdman Kompleksinin stadionu, 16:00

 

“Qarabağ” – “Sabah” – 3:0

Qol: 10′ Riçard Almeyda (1-0), 65′ Filip Ozobiç (2-0), 77′ Mahir Mədətov (3-0)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

Son yazılar

Yuxarı