“Keşlə” və “Qarabağ” qalib gəldi
11.11.2018 , 21:28

Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulacaq. Son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Qəbələdə baş tutacaq. “Qəbələ” doğma azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. Bunu həm də, turun mərkəzi oyunu adlandırmaq olar. Çempionatın lideri “Neftçi”dən 6 xal geridə olan Ağdam təmsilçisi Qəbələyə yorğun gedəcək. Qurban Qurbanovun yetirmələri ötən həftə Ukraynada “Vorskla” ilə qarşılaşıb və vətənə cümə günü qayıdıb. Komandanın bərpa olunmaq və yorğunluğu üzərindən atmaq üçün cəmi iki gün vaxtı olub. “Qəbələ” bu imkandan yararlanmalıdır. Bunu bacarsa, qış fasiləsinə qədərki son 3 turda “Keşlə”, “Zirə” və “Səbail”lə görüşlərdə maksimum xal toplayıb əvvəlki mövqeyini qaytarmaq, hətta ilk “üçlüy”ə yüksəlmək olar. “Qarabağ” isə “Neftçi” ilə fərqin artmaması üçün nəyin bahasına olursa-olsun, səfərdən 3 xalla dönməyə çalışacaq.
Tura “Bayıl Arena”da yekun vurulacaq. “Yeri-yurdu bilinməyən” “Sumqayıt” bağlanış matçında “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərlan Əhmədov yeni komandasında 3-cü oyununda ilk qələbəsini qazana bilər. Nəzərə almaq lazımdır ki, “Keşlə”nin üst mərtəbədəki qonşusu məhz “Sumqayıt”dır. Qazanılacaq qələbə “gənclik şəhəri” təmsilçisi ilə xal fərqini 2-ə endirməyə imkan verəcək. Nazim Süleymanovun komandası isə artıq 4 oyundur qələbənin nə olduğunu bilmir. Üç xal bir pillə irəliləmək imkanı yarada bilər.
Topaz Premyer Liqası
XI tur
11 noyabr (bazar)
17:30. “Qəbələ” – “Qarabağ” 1:3 (İkinci hissə)
Qol: Ceyms Adeniyi, 33, Emeqara, 47, Markos Madera 64, Flip Ozobiç, 69
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Qəbələ şəhər stadionu.
19:30. “Sumqayıt” – “Keşlə”1-4
Qol: Amil Yunanov, 52, Georigos Georgiads 56, Atilla Yıldırım 65, Amil Yunanov 79, Andre Klennon, 90+3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli
Bayıl Arena.
