“Qarabağ” – “Neftçi” oyununda bərabərlik
03.02.2019 , 20:25

Bu gün Topaz Premyer Liqada 15-ci tura yekun vurulacaq. Son oyun günündə iki görüş keçiriləcək.
Günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edəcək. Tura “Qarabağ” – “Neftçi” derbisi ilə yekun vurulacaq.
3 fevral (bazar)
15-ci tur
14:00. “Qəbələ” – “Sumqayıt” – 1:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Qəbələ şəhər stadionu
18:30. “Qarabağ” – “Neftçi” – 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu
