“Kukesi” – “Qarabağ” matçında qolsuz bərabərlik
25.07.2018 , 23:20

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxır.
Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində Albaniya klubu “Kukesi” ilə mübarizə aparacaq.
25 iyul
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
21:00. “Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) 0:0
Baş hakim: Ola Hobber Nilsen
Yan xətt hakimləri: Tom Harald Qronevi, Oskar Isaksen
Dördüncü hakim: Kay Erik Steen (hamısı Norveç)
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)
Şkoder.“Loro Boriçi” stadionu
