“Keşlə” – “Qarabağ”: qalib müəyyənləşmədi
31.10.2018 , 20:49

Bu gün Topaz Premyer Liqasında bir oyun keçiriləcək. VII turdan təxirə salınmış görüşdə “Keşlə” ilə “Qarabağ” üz-üzə gələcək. Bu qarşılaşma ayın əvvəllərində oynanılmalı idi. Lakin yığmanın beynəlxalq arenada və “Qarabağ”ın Avropa Liqasındakı oyunu ilə əlaqədar təxirə salınmışdı.
Bu görüş hər iki komanda üçün böyük önəm kəsb edir. Son çempion Premyer Liqada ardıcıl iki məğlubiyyətlə liderdən 6 xal geri qalıb. “Səbail”ə texniki məğlubiyyətin ardından “Neftçi”yə də uduzan Qurban Qurbanovun yetirmələri bu fərqi 3-ə endirmək niyyətindədi.
Autsayderlər zonasında qərarlaşan “Keşlə” isə yeni baş məşqçinin rəhbərliyi altında ilk matçıan çıxacaq. Uğursuz çıxışın yekununda Mladen Milinkoviçlə yollarını ayıran paytaxt təmsilçisi dünən Tərlan Əhmədova tapşırılıb. Yeni çalışdırıcı cəmi bir məşqdən sonra komandanı oyuna çıxarmalı olacaq.
Topaz Premyer Liqası
VII turdan təxirə salınan oyun
31 oktyabr (çərşənbə)
19:00. “Keşlə” – “Qarabağ” 1-1
Qollar: Miçel, 56 (0:1), Sərtan Taşqın, 79 (1:1)
“ASK Arena”. Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
