“Atletiko”, “Borussiya”, “Portu” və “Şalke” 1/8 finalda
29.11.2018 , 02:15

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.
İkinci oyun günündə də 8 qarşılaşma keçirilib.
A qrupunda “Atletiko” “Monako”nu qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
B qrupunda lider “Barselona” Hollandiyada PSV-nin qonağı olub və rəqibini 2:1 üstələyib. “Tottenhem” isə doğma azarkeşləri önündə “İnter”dən güclü olub – 1:0.
C qrupunda “Napoli” “Srvena Zvezda”ya 3:1, PSJ isə “Liverpul”u 2:1 hesabı ilə məğlub edib.
Gecənin ən maraqla gözlənilən oyunlarından biri isə D qrupunda olub. Türkiyənin Çempionlar Liqasındakı yeganə təmsilçisi “Qalatasaray” Moskvada “Lokomotiv”lə qarşılaşıb. 0:2 hesabı ilə uduzan İstanbul klubu növbəti mərhələ şanslarını davam etdirmək şansını itirib. Qrupun digər oyununda isə “Portu” və “Şalke” klubları üz-üzə gəlib. Oyun Portuqaliya klubunun 3:1 hesablı qələbəsi ilə nəticlənib.
Bu nəticələrdən sonra “Atletiko”, “Borussiya”, “Portu” və “Şalke” adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, turun digər 8 oyunu dünən keçirilib.
Çempionlar Liqası
Qrup mərhələsi,5-ci tur
28 noyabr
A qrupu
21:55. “Atletiko” (İspaniya) – “Monako” (Fransa) -2:0
Qollar:Badiaşile, 2-avtoqol, Qrizmann, 24
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Brügge” (Belçika) – 0:0
B qrupu
00:00. “Tottenhem” (İngiltərə) – “İnter” (İtaliya) – 1:0
Qol: Eriksen, 80
00:00. PSV (Hollandiya) – “Barselona” (İspaniya) – 1:2
Qol: Messi, 61 (0:1), Pike, 70 (0:2), De Yonq, 83 (1:2)
C qrupu
00:00. “Napoli” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) – 3:1
Qol: Hamşik, 11 (1:0), Mertens, 33 (2:0), 52 (3:0), El Fardo Ben, 57 (3::1)
00:00. PSJ (Fransa) – “Liverpul” (İngiltərə) – 2:1
Qol: Bernat,13 (1:0), Neymar, 37 (2:0), Milner,45+1
D qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Qalatasaray” (Türkiyə) – 2:0
Qollar: Krıxovyak, 43, İqnatiyev, 54
00:00. “Portu” (Portuqaliya) – “Şalke” (Almaniya) – 3:1
Qollar: Militao, 52 (1:0), Korona, 55 (2:0), Bentaleb, 88-pen. (2:1), Mareqa, 90+4
27 noyabr
E qrupu
21:55. AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 0:2
00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:1
F qrupu
00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) – 2:2
00:00. “Hoffenhaym” (Almaniya) – “Şaxtyor” (Ukrayna) – 2:3
G qrupu
21:55. SSKA (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya) – 1:2
00:00. “Roma” (İtaliya) – “Real” (İspaniya) – 0:2
H qrupu
00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) – 1:0
00:00. “Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) – 1:0
