“Qəbələ” – “Zirə” oyunu təxirə salındı
02.12.2018 , 19:17

Topaz Premyer Liqanın 13-cü turunda bu gün keçirilməli olan “Qəbələ” – “Zirə” oyunu təxirə salınıb.
Buna səbəb Qəbələ şəhər stadionunda qatı dumanın olmasıdır. Vəziyyəti nəzərə alan görüşün baş hakimi Vüqar Həsənli matçı 57-ci dəqiqədə müvəqqəti olaraq dayandırıb, futbolçuları isə paltardəyişmə otağına göndərib. Hava şəraiti düzəlmədiyindən oyunun sabaha keçirilməsinə qərar verilib. Qarşılaşma saat 14:00-da qaldığı yerdən davam etdiriləcək.
Qeyd edək ki, geridə qalan 57 dəqiqədə hesab açılmayıb.
2 dekabr (bazar)
Topaz Premyer Liqası, 13-cü tur
17:00. “Qəbələ” – “Zirə” – 0:0 (Təxirə salındı)
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Cəmil Quliyev, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu
