“Qəbələ” və “Neftçi” qalib gəldi
10.03.2019 , 18:27

Bu gün Topaz Premyer Liqada 20-ci tura yekun vurulacaq. Son oyun günündə iki görüş keçiriləcək. Qəbələdə yerli komanda ilə “Səbail” üz-üzə gələcək.
Digər görüşdə lider “Neftçi” autsayder “Sumqayıt”ın qonağı olacaq. “Qarabağ”ın ötən gün “Zirə” ilə görüşdə xal itirməsi “ağ-qaralar”a vahid lider olmaq fürsəti verib. Paytaxt təmsilçisi səfərdə qalib gəlsə, şəriksiz liderə çevriləcək.
10 mart (bazar)
14:00. “Qəbələ” – “Səbail” 2:1
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu
16:30. “Sumqayıt” – “Neftçi” 1:2
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
“Kapital Bank Arena”
